Qızılsız bitən mundial

  • 02.09.2019
  • 0

Yaponiyada cüdo üzrə dünya çempionatına yekun vurulub. Son gündə komanda yarışları keçirilib.

Millimiz 1/8 finalda Braziliya seçməsi ilə mübarizə aparıb. Görüş 4:1 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb.

Təsəlliverici görüşdə Koreya Respublikası kollektivi ilə qarşılaşan cüdoçularımız inamlı qələbə qazanıblar, 4:2. Komandamız bürünc mükafatı uğrunda rusiyalı həmkarları ilə münasibətləri aydınlaşdırıb.

Təmsilçilərimiz qarşılaşmaya qələbə ilə başlasalar da, uğurun davamını gətirə bilməyiblər. Zelim Kostiyev rəqibini ipponla üstələsə də, digər cüdoçularımız görüşlərini məğlubiyyətlə başa vurublar. Nəticədə 1-4 hesabı ilə uduzan komandamız yarışı əliboş tərk edib.

Beləliklə, millimiz mundialdan ümumilikdə 2 mükafatla ayrılıblar. Xatırladaq ki, əvvəlki günlərdə 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.

Nə düşünürsən?