Kürdəmirdə bazar yanıb

  • 02.09.2019
  • 0

Kürdəmirdə bazarda güclü yanğın baş verib.

Hadisə rayonun H.Əliyev prospektində yerləşən bazarda qeydə alınıb.

Ümumi sahəsi 12 350 kvadratmetr olan bazarda baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir və Ağsu rayonlarının Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın zamanı 800 km sahədə olan icarəyə verilmiş 12 mağaza içərisindəki əşyalarla birlikdə yanıb. Bazarın qalan hissəsi yanğınsöndürənlər tərəfindən söndürülüb.

Nə düşünürsən?