Tərəfdarları Saakaşvilini azad etdi

  • 05.12.2017
  • 0

Bu gün Kiyevdə saxlanılan Mixeil Saakaşvilinin tərəfdarları mikroavtobusun arxa qapısını qıraraq siyasətçini azad ediblər. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. Öz növbəsində, M.Saakaşvili onu əhatəyə alaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarından qoruyan tərəfdarlarını Maydana toplaşmağa və dinc etirazı davam etdirməyə çağırıb. Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıblar. M.Saakaşviliyə qarşı hakimiyyət çevrilişinə cəhd ittihamı irəli sürülüb.

Nə düşünürsən?