"İnter" "Kalyari"ni məğlub edərək liderliyə yüksəldi

  • 02.09.2019
  • 0

"İnter" futöol üzrə İtaliya çempionatının II turunda "Kalyari"ni məğlub edib.

Offsideplus.az xəbər verir ki, Kalyarinin "Sardiniya Arena" stadionunda keçən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qonaqlar 27-ci dəqiqədə hesabda irəli çıxıblar. Matçın 50-ci dəqiqəsində Joao Pedro tarazlığı bərpa edib. Lakin 72-ci dəqiqədə Romelu Lukaku 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran "İnter" A Seriyasının turnir cədvəlində liderliyə yüksəlib. Milan komandası yalnız vurulan və buraxılan qolların fərqinə görə "Yuventus" və "Torino"nu qabaqlayır.

Bazar günü oynanılan digər oyunların nəticələri

İtaliya A Seriyası. II tur

"Kalyari" - "İnter M" - 1:2

Qollar: 0:1 Martines – 27', 1:1 Pedro – 50', 1:2 Lukaku – 72' (pen)


Nə düşünürsən?