Şirvanda keçmiş məhkum tutuldu: külli miqdarda narkotiklə

  • 05.12.2017
  • 0

Şirvanda xeyli miqdarda narkotik vasitə aşkarlanıb. DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, Şirvan ŞPŞ-nin Narkotiklə mübarizə qrupu əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas İlyasov saxlanılıb. Polis Şöbəsində onun əlindəki polietilen sellofana baxış zamanı 2 bükümdə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisi 2 kiloqram 50 qram olan qurudulmuş marixuana olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nə düşünürsən?