Müdafiəçi bir oyunda 3 dəfə penaltiyə səbəb oldu

  • 01.09.2019
  • 0

Portuqaliya Premyer Liqasında keçirilən "Sportinq"(Lissabon) - "Rio Ave" (2:3) oyununda futbolda nadir hallarda rast gəlinən anlar yaşanıb. Belə ki, meydan sahiblərinin 28 yaşlı uruqvaylı futbolçusu Sebastiyan Koates oyun ərzində 3 dəfə komandasının əleyhinə penaltiyə səbəb olub. Həmin penaltilərin 3-ü də qol olub. Bu azmış kimi, futbolçu ikinci sarı vərəqəni də alaraq komandasını meydanda 10 nəfərlə buraxıb. Həmin oyunun icmalını sizə təqdim edirik:

Nə düşünürsən?