Məktəbli bazarı: bir uşaq üçün minimum 150 manat lazımdır

  • 31.08.2019
  • 0

Yeni tədris ilinin başlamasına az qalmış məktəbli bazarında canlanma müşahidə olunur. Valideynlər mağazalara axın edərək övladları üçün lazım olan ləvazimatları alırlar. Bəs bir uşağın məktəbə hazırlığı neçəyə başa gəlir?

Xezerxeber.az-ın məlumatına görə, bu günlərdə bir çox mağazaların vitrinlərini məktəbli ləvazimatları bəzəyir. Görünüşləri kimi bu ləvazimatların qiymətləri də müxtəlifdir.

Ümumiyyətlə, bir məktəbli çantasını doldurmaq valideynə minimum 60-70 manata başa gəlir.

Digər məktəbli ləvazimatları olan rəngli karandaşlar, pozan, xətkeş və digər ləvazimatlar üçün isə minimum 5 manat pul lazımdır.

Məktəbli ləvazimatları ilə bərabər məktəbli geyimləri dükanlarında da bu günlərdə alıcı sıxlığı müşahidə olunur. Hər kəs övladını məktəbə hazırlamaq üçün təlaş içindədir. Qiymətlər standart olaraq aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manatdır.

Bir şagirdin məktəbə tam hazır olması minimum 100-150 manata başa gəlir.

Nə düşünürsən?