Çoban işlədiyi fermadan qoyun oğurladı

  • 31.08.2019
  • 0

Çoban işlədiyi fermadan xırdabuynuzlu heyvanları oğurlayaraq satıb. Pulun hamısını yeyib-içməyə xərcləyib. Hadisə Zərdab rayonununda baş verib.

Rayonun Körpükənd kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Rusif Məhəmmədəli oğlu Zərdab Rayon Polis Şöbəsinə müraciət edərək, 24 avqust 2019-cu il tarixdə ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Zərdab rayonu Allahqulubağı kənd sakini 1992-ci il təvəllüdlü Mahmudov Əşrəf Mahmudəli oğlununolduğu müəyyən edilib.Hadisəni törədən şəxs ilkin dirmə zamanı əməlini etiraf edib.

Nə düşünürsən?