Alovların içində striptiz ona baha başa gəldi

  • 31.08.2019
  • 0

Avstarliyada keçirilən gözəllik yarıçmasına qatılan Harli Van Dencerfildin hamıdan fərqlənmək arzusu gözündə qalıb.

Bax.tv axşam.az-a istinadən bildirir ki, müsabiqənin şərtlərinə görə qızlar striptiz klubda rəqs edərək cazibədarlıqlarını sərgiləməli idilər.

Bu fürsəti əldən vermək istəməyən Harli səhnəyə çıxaraq yerə yanacaq toküb və od vurub. O rəqsini ifa edərkən alov yayılaraq pərdələri tutub. Hadisə yerinə gələn yanğınsöndürənlər 200 nəfəri təxliyə edib və alovun yayılmasının qarşısını alıb. Gecə klubuna isə 3 min dollardan çox ziyan dəyib. Bütün bunlara səbəb olan Harli müsabiqədən kənarlaşdırılıb.

İnstaqram hesabında baş verənlərdən məyus olduğunu yazan gənc qız daha sonra paylaşımını silib.

Nə düşünürsən?