Bakıda yeni təmir edilən yolda qabarmalar yaranıb

  • 29.08.2019
  • 0

Bakıda yeni təmir olunan yolda qabarmalar baş verib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Babək prospektindən gedir.

Yolun üzü şəhərə doğru gələn istiqamətində asfalt qatı yararsız hala düşüb. Bu isə sürücülərin işini çətinləşdirib. Yararsız vəziyyətə düşən hissə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenilənir.

Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirib ki, asfalt işləri bu gün axşam saatlarında tam şəkildə yekunlaşacaq, yolun həmin hissəsində hərəkət bərpa ediləcək. O ki qaldı yeni təmir olunan yolda belə tez müddətdə qabarmaların baş verməsinə, Anar Nəcəfli deyib ki, həmin hissələrdə mənşəyi məlum olmayan borular mövcuddur. Həmin borularda yaranan aşınmalar yol örtüyünün bu vəziyyətə düşməsinə səbəb olub.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən isə bildirilib ki, Babək prospektindən keçən su və kanalizasiya xətləri tamamilə yenilənib və heç bir aşınma yoxdur.

Bu arada, Bakı-Sumqayıt yolunda da təmir işlərinə start verilib. Hazırda yolun 11-18-ci km-də asfalt örtüyünün yenilənməsi işləri aparılır. Bəzi hissələrə artıq yeni asfalt vurulub.

Təmirlə əlaqədər yol tam şəkildə bağlanmayıb. Yolda avtonəqliyyat vasitələrinin hərəkəti davam edir. Sadəcə təmir aparılan zolaqlar bağlı olur.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda təmir işləri sentyabrın 15-ə qədər yekunlaşacaq.

Nə düşünürsən?