Neft bazarında qiymətlərdə ciddi ucuzlaşma baş verdi

  • 05.12.2017
  • 0

Dünya neft bazarında qiymətlərdə ciddi ucuzlaşma baş verib. APA TV-nin məlumatına görə, "Brent" markalı neft səhər seanslarında 62,33 dollardan təklif olunur. Bu ötən günün eyni saatlarında olan qiymətlərdən 1,13 dollar azdır. OPEK-in istehsalın azaldılması ilə bağlı razılaşmanın vaxtını daha 9 ay uzatması qiymətlərə müsbət təsir etmir. Qiymətlərin yüksəlməsinə təkan verəcək digər səbəblər də təsirsiz qalıb. "Bloomberg"in bir hesabatına görə, ABŞ-da neft ehtiyatları 2,5 milyon barel azalıb. Rəsmi rəqəmlər sabah açıqlanacaq. Digər hesabata görə isə OPEK-in noyabr ayında istehsalı Anqola və Küveytdəki azalma ilə birgə altı ayın ən aşağı səviyyəsinə enəcək. Səudiyyə Ərəbistanın enerji naziri Xalid Əl-Falih OPEK-in istehsalı azaltmasını dünya miqyasında istehsalın tələbata bərabər olmasına qədər davam etdirəcəyini söyləyib. Mütəxəssislər qeyd edir ki, dünyada neftə tələb artır, OPEK istehsalı azaldır, bununla belə ABŞ-da hasilat istənilən səviyyədə yüksəlmir. Qərbi Texas neftinin istehsalını artırmaq üçün əlverişli şərait yaranıb. Qiymətlər 50 dolların üzərindədir. Bu markadan olan neft hazırda 57,44 dollara satılır.

Nə düşünürsən?