Husilər Yəmən paytaxtını tam nəzarətə aldı: 41 jurnalist girov saxlanır

  • 05.12.2017
  • 0

Yəməndə üsyançı husilər ölkənin paytaxtı Sənanı nəzarət altına alıb. APA TV-nin xəbərinə görə, bu barədə yerli televiziya kanalı məlumat verib. Silahlılar sabiq prezident Əli Abdulla Salehin “Xalq konqresi” partiyasına yaxınlığı ilə tanınan“Yemen Today” telekanalını ələ keçirərək 41 jurnalisti binada girov saxlayır. Dekabrın 2-də Əli Abdulla Saleh “Yemen Today”in efirində çıxış edərək xalqı husilərə qarşı üsyana, hərbçiləri isə husilərin əmrlərinə tabe olmamağa çağırıb. O, atəşkəsə nail olmaq və ölkəyə humanitar yardımın buraxılması üçün qonşu ölkələrlə danışıqlara başlamağa hazır olduğunu da bəyan edib. Keçmiş prezident Əli Abdulla Saleh dekabrın 4-də husilər tərəfindən öldürülüb. Qeyd edək ki, üsyançı husilər, Əli Abdulla Salehin tərəfdarları və Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qüvvələr arasında silahlı münaqişə 2014-cü ildən davam edir.

Nə düşünürsən?