ABŞ-da məktəbdə atışma: ölənlər var

  • 05.12.2017
  • 0

ABŞ-ın Texas ştatında məktəbdə baş verən atışma nəticəsində 1 polis əməkdaşı ölüb. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, insident San-Markos şəhərində qeydə alınıb. Naməlum şəxs məktəbin qarşısında atəş açıb. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb edilib. Baş verən atışma zamanı asayiş keşikçilərindən biri aldığı güllə yarasından keçinib. Atəş açan şəxs polis tərəfindən məhv edilib. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Nə düşünürsən?