Doğuşa rəqslə gedir, musiqi sədaları altında əməliyyat olunurlar

  • 27.08.2019
  • 0

Bakıda həkim doğuş zamanı qadınları stresdən azad etmək üçün maraqlı üsula əl atıb. O, doğuşa gedən qadınları musiqi sədaları altında aparır, hətta bütün proses boyu bu musiqilərdən istifadə edir.

Xezerxeber.az-ın məlumatına görə, Bakıdakı xəstəxanalardan birində lentə alınan belə görüntü marağa səbəb olub.

Görüntüdən aydın olur ki, 10-a yaxın hamilə qadın birlikdə rəqs edir. Sanki onlar doğuşa yox, hər hansı bir şadyanalıq məclisinə gedirlər.

Doğuşu həyata keçirən isə mama-ginekoloq Aysel Paşayevadır. O, doğuş prosesini musiqi sədaları altında həyata keçirir. Pasiyenti olan bir neçə hamilə qadınla palatada rəqs edən, onlarla halay vuran ginekoloq sonradan onları əməliyyata aparıb.

Ginekoloqun sözlərinə görə, o, bu maraqlı addımı başına gələn bir hadisədən sonra atmağa başlayıb.

Həkim doğuş və keysəriyyə öncəsi hamilələrin gərginlik və həyəcanlarının azaldılması məqsədilə rəqs etməyin faydalı olduğunu bildirib.

Qeyd edək ki, belə bir əməliyyat daha öncə Rusiyadakı azərbaycanlı ginekoloq Ruslan Xanbutayev tərəfindən həyata keçirilib.

Nə düşünürsən?