"Razin"də qadın yolu keçmək istəyərkən onu avtomobil vurdu

  • 05.12.2017
  • 0

Gecə saatlarında Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV xəbər verir ki, yol qəzası Bakıxanov qəsəbəsində qeydə alınıb. 1962-ci il təvəllüdlü Sadıqova Aidə Müzəffər qızı Səməd bəy Mehmandarov küçəsində yolu yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Ağır xəsarət alan qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində istintaq araşdırmaları aparılır.