Goranboy sakini ölmüş arılardan dərman hazırlayır

25.08.2019 | 7 | 0

Arılar yaşadığı müddətdə bal, çiçək tozu, güləm, arı südü istehsal etməklə yanaşı ölü halda da lazımlı hesab edilir. İynəli canlıların ölüsü də bir sıra xəstəliklərin dərmanı hesab edilir. Goranboy sakini ölmüş arilardan, necə deyrələr, min bir dərdə dəva hazırlayır.

Əvvəlcə arılar öldürülür, daha sonra isə soyuducuya qoyulaq dondurulur.

Buzlamış arılar daha sonra üyüdülərək dərman hazırlanır. Ölü arılardan bir çox xəstəliklərdə dərman kimi istifadə edilir.

Xezerxeber.az-ın məlumatına görə, Goranboyun Dəliməmmədli qəsəbəsində yaşayan Ceyhun İbrahimov bir necə ildir ki, bu işlə məşğul olur.

Bir sıra xəstəliklərin dərmanı hesab edilən arı məhsulu ölkədə az sayda arılar tərəfindən hazırlanır. Çünkü bu zaman arıların məhv edilməsi lazım olur ki, bu da təsərrüfat sahibləri üçün o qədər də sərfəli deyil.

Qeyd edək ki, bu dərmanların 100 qramının qiyməti 30 manatdır.

Nə düşünürsən?