Sevdiyi qıza görə döyülən oğlanla bağlı polisdən açıqlama gəldi

  • 25.08.2019
  • 0

Dünən gecə saatlarında Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Əliyev 11 ünvanında yaşayan Bakı şəhər sakini sevdiyi qız üçün fişəng atdığına görə onunla digər sakinlər arasında mübahisə baş verib.
Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi polis mayoru Elşad Hacıyevunikal.org-a münasibət bildirib. O qeyd edir ki, baş vermiş mübahisənin təfərrüatları polis tərəfindən araşdırılır, tərəflərin izahatları alınıb, polis tərəfindən mübahisənin qarşısı alındıqdan sonra tərəflərlə profilaktik söhbətlər aparılıb.
Mübahisəyə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Publika.az-ın məlumatına görə, bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb. Hadisə yerinə yaxınlıqdakı 7-ci Polis Şöbəsinin əməkdaşları gəlib və tərəfləri ayırmağa çalışıb. Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. 

Nə düşünürsən?