Bərdədə peşə məktəbinin binasında partlamamış mərmi aşkarlanıb

24.08.2019 | 2 | 0

Bərdə rayonunda yerləşən peşə məktəbində hərbi sursat aşkar edilib.

Xezerxeber.az-ın məlumatına görə, 37 milli metrlik partlamamış mərmi peşə məktəbinin binasından tapılıb. Partlamamış döyüş sursatı təhlükəli olduğu üçün əraziyə hüquq mühafizə orqanlarının, icra hakimiyyətinin və ANAMA-nın əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri həyata keçirilib və hərbi sursat ərazidən uzaqlaşdırılaraq partlayış meydançasına aparılıb. Yerli sakinlərin verdiyi məlumata görə, mərminin aşkar edildiyi ərazidə uzun illər məcburi köçkünlər məskunlaşıb. Hazırda məktəb binası sökülərək yerində yeni bina inşa olunur.


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?