Türkiyə İraqın şimalında Pəncə-3 əməliyyatlarına başladı

  • 24.08.2019
  • 0

İraqın Şimalında Sinat-Haftanin bölgəsində Pəncə-3 əməliyyatına start verilib. 

Bu barədə REAL-a Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Açıqlamada bildirilir ki, əməliyyatlar təhlükəsizliyi daha güclü etmək, Sinat-Haftanin bölgəsində yerləşən terrorçuları, istifadə etdikləri mağaraları, sığınacaqları məhv etmək məqsədilə aparılır.

Hərbi əməliyyatlara hava qüvvələri, quru qoşunları və digər hərbi qoşun növləri cəlb edilib.

Qeyd edək ki, Türkiyə Pəncə-1, Pəncə-2 əməliyyatlarını PKK-a qarşı həyata keçirir.

Nə düşünürsən?