Yəmənin keçmiş prezidenti öldürülüb

  • 04.12.2017
  • 0

Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehi öldürülüb. “Report” “Tasmin”ə istinadən xəbər verir ki, onun təyyarəsi husi qiyamçıları tərəfindən vurulub. Sabiq dövlət başçısı ölkənin Marib şəhərinə uçurmuş. Ə.A.Salehinin lideri olduğu Yəmən Ümumxalq Konqresi keçmiş prezidentin öldürülməsi haqqında yayılan xəbəri təkzib edib. Partiyadan bildirilib ki, bu məlumatı husilər yayıb və əsassızdır. Qeyd edək ki, Ə.A.Salehi 1942-c il martın 21-də Yəməndə anadan olub. 1994-2011-ci illərdə Yəmənin prezidenti olub. 2010-cu ildə Ə.A. Salehi Ərəb Liqası əsasında Avropa Birliyinə bənzər qurumun yaradılması təşəbbüsü ilə çıxış edib. 2011-ci ilin yanvar-fevral aylarında Tunis və Misirdə başlayan, daha sonra isə Liviyaya sıçrayan “ərəb baharı” hadisələri zamanı nümayişçilər onun istefası tələbi ilə küçələrə çıxıblar. Yəmən Təhlükəsizlik Qüvvələrinin xalqa atəş açması nəticəsində isə 100-dən çox şəxs həyatını itirir. Prezident 2011-ci ilin sonunadək istefa verməyə hazır olduğunu bildirib. Ə.A.Saleh ölkəsndə baş verənlərə görə ABŞ və İsraili ittiham edib.

Nə düşünürsən?