Qəbələdə meşə yanıb, əraziyə FHN-in 2 helikopteri və amfibiya təyyarəsi cəlb edilib

  • 23.08.2019
  • 0

vqustun 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub

Aznews.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yanğının qısa zamanda söndürülməsi və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Nə düşünürsən?