Yağış kollektoru təmir olunur

  • 23.08.2019
  • 0

Təmir bərpa işlərini Bakı Sukanal idarəsi həyata keçirir.


Xətai Rayon İcra hakimiyyəti tərəfindən yaradılan komissiyanın göndərdiyi sorğuya əsasən Bakı Sukanal idarəsinin əməkdaşları adı qeyd olunan ünvana gələrək işə başlayıblar.


Təmir işləri artıq səhər saatlarından başlıyıb və gün ərzində davam etdiriləcək. 


Qeyd edək ki, bu kollektor ötən əsrin 70ci illərində tikilib, Nizami və Xətai rayonları ərazisində formalaşan yağış suyunun nəqli üçün nəzərdə tutulmuş yağış kollektorudur. Bu iki rayon ərazisində formalaşan yağış suyu bu kollektor vasitəsilə dənizə axıdılır. 


Xatırladaq ki, avqustun əvvəlində yağan yağışla əlaqədar kollektorda yüklənmə baş verdiyindən suyun təzyiqi kollektorun üzərindəki beton plitələri kənara atıb və su səthə çıxaraq ətraf mühitə və fərdi yaşayış evlərinə ziyan vurub.


Təmir bərpa işləri yekunlaşdıqdan sonra əlavə məlumat verəcəyik.

Nə düşünürsən?