Füzulidən qədim torpaq

  • 23.08.2019
  • 0

Füzulinin və Cəbrayılın işğalından 26 il keçir. Nə deyəsən, nə göstərəsən? Kadrlar belə baxılması mümkün olmayan hala gəlib. Amma yenə də baxmaq lazımdır. Azərbaycan qadınının belə döyüş əzmində olduğu illəri, füzulinin, Cəbrayılın itirildiyi illəri unutmamaq, yaddaşlara əbədi həkk etmək üçün.


Füzulini və Cəbrayılla birlikdə daha nələri itirdik? Rəqəmlər sadalamayacam. Nə qədər maddi ziyan, nə qədər dağıdılmış kənd. Çünki heş bir mənası yoxdu. Biz ən başlıcası iki rayon itirmişik. O rayonlar ki,nə Füzuli yadigarıdır, nə Qasım bəy Zakir. Hərçənd Füzulinin kəndlərini bizə Zakir tanıtmışdı. Xəbər alsan bu vilanın əhvalın ? deyə Horadizdən , Qarğabazarından söz açmışdı. 


Füzuli Füzulidən də, Zakirdən da daha qocadır. Azıxantrop adamının alt çənəsinin sümüklərini bu günümüzə daşıyan yaşayış massividir.Təəssüf ki, bu gün rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında ermənilər at oynadır, beynəlxalq arxeoloqları cəlb etməkl qanunsuz ekspedisiya işləri həyata keçirilər. Azıxda aşkarlanan yeni tapıntıları Dünyaya erməni maddi tarixi mədəniyyət nümunələri kimi təqdim etmək üçün. 


Bu gün Füzuli və Cəbrayılın işğal günüdür. Adam az qalır Xudafərin körpüsünə çıxıb bağırsın. Elə qasım bəy Zakirin zöü kimi...


Ya rəb,neyləmişdik, bu dağılmışda

Haram oldu bizə bir qarış torpaq?

Nə düşünürsən?