Çimərlik mövsümünün qurbanları

  • 23.08.2019
  • 0

Çimərlik mövsümü başlayandan yəni (15 iyundan) bu günə qədər 42 nəfər suda (dəniz, çay, süni göl) boğularaq ölüb. 

Qeyd olunan dövr ərzində 217 nəfər suda boğulmaqdan xilas edilib.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Lökbatan, Şüvəlan, Böyük Həmyə, Bilgəh, Qızılqum, Nardaran, Türkan, Dübəndi, Bakı, Hövsan, Buzovna, Mərdəkan, Neftçala, Corat, Novxanı, Şıxov, Zuğulba-3,

Nardaran-2, Mingəçevir, Qobustan, Şirvan, Pirşağı, Xaçmaz, Suraxanı, Lənkəran, Sabirabad sularda xilasetmə məntəqələrinin ərazisində batmaq təhlükəsi olan şəxsləri xilas edib. 

Lənkəranda 1, Salyanda 2, Bakıda 23, Sumqayıtda 1, Sabirabadda 1, Lerikdə 1, Gəncədə 1, Göygöldə 2, Qusarda 1, Cəlilabadda 1, Astarada 1, Neftçalada 3, Ağdaşda 1, Yevlaxda 1, Xaçmazda 2 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. 

Qeyd edək ki, çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Nə düşünürsən?