Mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxıb - Açıqlama

  • 23.08.2019
  • 0

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

Hadisə Bakı-Qazax magistral yolunun Muğanla Xilə kəndi arasından keçən hissəsində qeydə alınıb.

Hacıqabulda baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar Şirvan xəstəxanasına müxtəlif dərəcəli xəsarətlərlə 8 nəfər müraciət edib.

Xasarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, sürücü Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi mikroavtobusun qarşısına iribuynuzlu heyvan çıxdığı üçün qəza baş verib.

Nə düşünürsən?