Rus general kürd terrorçuları ilə mətbuat konfransı keçirdi

  • 04.12.2017
  • 0

Suriyanın Deyr əz-Zor şəhərinin Fərat çayının şərqində qalan hissəsinin İŞİD terrorçularından azad olunması ilə bağlı mətbuat konfransı keçirilib. APA TV-nin məlumatına görə, açıqlamanı Rusiya generalı Aleks Kim ilə PKK terror təşkilatının Suriyadakı qolu YPG-nin sözçüsü Nuri Mahmud verib. Rusiya və YPG bayraqlarının asıldığı toplantıda danışan Nuri Mahmud nəzarətlərində olan bölgələrin demokratik Suriyanın bir parçası olacağını bildirib: "Başda ABŞ və Rusiya olmaqla, bütün beynəlxalq qüvvələrə Suriyanın gələcəyinin sülhlə və demokratik bir şəkildə qurulması və azad olunan bölgələrin təhlükəsizliyinin qorunmasının təminatı üçün çağırış edirik". Qeyd edək ki, bundan öncə ABŞ hərbçilərinin YPG-çilərlə foto çəkdirməsinə Türkiyə etiraz etmişdi.

Nə düşünürsən?