Vətəndaş müraciətinə onlayn cavab

  • 23.08.2019
  • 0

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən komitənin informasiya texnologiyaları və məlumat idarəetmə mərkəzində yeni layihənin təqdimatı keçirilir.

Həmin təqdimat çərçivəsində vətəndaşların müraciəti artıq virtual olaraq canlı şəkildə cavablandırılacaq. Eyni zamanda komitənin regional qurumlarına nəzarət də birbaşa bağlantı ilə həyata keçşiriləcək. 

ƏMDK-ın sədr müavini Rafiq Cəlilov REAL-ın birbaşa efirində komitənin nümayəndəliklərinə və eyni zamanda mətbuat işçilərinə yeni layihə barədə məlumat verib

"SMS xidmətlər, əks zəng xidməti, əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol xidməti vətəndaşlara təqdim edilir. Son illər kütləvi çıxarış kompaniyaları və əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol kampaniyasına mobil xidmətlərdən 250 mindən yuxarı vətəndaş istifadə edib. Daşınmaz Əmlakın kadastrı sahəsində bütün ölkənin daşınmaz əmlakının kadastrı işləri aparılır. Elektron kadastr xəritələri hazırlanır. Artıq 40 rayonun, 6 şəhərin kadasrt xəritələri hazırlanıb. Digər rayonlarda işlər ilin sonuna qədər başa çatdırılacaq. Bütün ölkənin elektron kadastr xəritələri hazır olacaq. Hazırda 160 mindən çox vətəndaş bu xidmətdən faydalanıb. Vətəndaşlarımız, işçilərimiz mərkəzi aparatlarla videokonfrans vasitəsi ilə canlı bağlantı yaranacaq. Videokonfransda yerli ərazi şöbələrinin müdirləri ilə iclas olacaq. Komitəyə hər ay ezamiyyələr olurdu, xərclər azalacaq, işçilərimiz iş otağında oturmaqla iclasa qoşula bilərlər, suallarını verə bilərlər. Yerlərdə dövlət əmlakının idarə edilməsi, daşınmaz əmlakın elektron kadastrının aparılması təşkil olunur, deyə ƏMDK-ın sədr müavini Rafiq Cəlilov bildirib".

Nə düşünürsən?