Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum etdi

  • 04.12.2017
  • 0

Kürdəmirdə vəhşi heyvanlar kəndə hücum edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Qarasaqqallı kəndində baş verib. Kənd sakini Məhəmməd Əliyevin fərdi təsərrüfatına hücum edən vəhşi heyvanlar 8 baş xırda buynuzlu heyvanı tələf edib, 3 baş heyvanı isə yaralayıb. Hadisə yerinə cəlb olunan baytarlıq idarəsinin əməkdaşları yaralı heyvanları vaksinasiya edib, ölən heyvanlar isə aidiyyəti üzrə basdırılıb. M.Əliyevin dediyinə görə, analoji hadisələr kənddə tez-tez baş verir. Son bir ayda vəhşi heyvanlar kənddəki fərdi təsərrüfatlara 11 dəfə hücum ediblər. Sakinlər bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.

Nə düşünürsən?