Göyçayda içməli su bu vəziyyətdədir

  • 22.08.2019
  • 0

Göyçayın bir neçə kəndi içməli suya həsrət qalıb. Səbəb qonşu İsmayıllı rayonunda olan şərab zavodundan tullantılarının su mənbəyinə axıdılması göstərilir.

Göyçayın Yekəxana,Qaraməryəm və Qarayazı kəndlərinə gedən içməli suyun rəngi və qoxusu dəyişib.

Sakinləri bildirir ki, kəndlərə gələn içməli su anbarına İsmayıllı rayon Kürdmaşı kənd ərazisində olan şərab zavodunun tullantıları axıdılır. Məhs bu səbəbdən su içilməz olub

Vəziyyətlə bağlı kənd sakinləri yerli icra nümayəndəsi və bələdiyyə müraciət edib.İsmayıllı rayon​ Kürdmaşı kənd bələdiyyə sədri Tünzalə Ismayılovanın sözlərinə görə,bir il öncə sözügedən zavodun axıntı suları Göyçayın kəndlərinə gedən su mənbəyinə tökülüb. Amma ötən ildən Kürdmaşı kənd ərazisində zavod üçün yer ayrılıb və tullantılar ora axıdılır. Hazırda isə yenə sızıntı olub.

Məsələ ilə bağlı dərhal ETSN-nin əməkdaşları sözü gedən əraziya kənd sakinləri ilə birgə baxış keçiriblər. Həmin sudan numünələr götürələrək labarotoriyaya aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Nə düşünürsən?