1 uşaq anasını elektrik cərəyanı vuraraq öldürüb

  • 22.08.2019
  • 0

1 uşaq anasını elektrik cərəyanı vuraraq öldürüb.

Bədbəxt hadisə Yardımlı rayonunun Hanuba kəndində baş verib. Belə ki, 24 yaşlı Zeynəb Şükürova yaşadığı evin həyətində elektrik naqilinə birləşdirilmiş su nasosundanistifadə edərkən onu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. Qadın aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Zeynəb Şükürova ailəlidir bir övladı var. Artıqbaş vermiş hadisə ilə bağlı rayon prokrorluğunda araşdırma aparılır.

Tərtərdə də iki yaşlı uşağı cərəyan öldürüb.Hadisə rayonun Azad Qaraqoyunlu kəndində qeydə alınıb. Kənd sakini 2017-ci il təvəllüdlü Üzeyir Xəlilzadənielektrik cərəyan vuraraq öldürüb. Yerli sakinlərin verdiyi məlumata görə az yaşlı uşaq həyət yanı sahədə oynayarkən quraşdırılan su nasosuna toxunub. Cərəyana qoşulu olan nasos elektrik keçirdib və 2 yaşlı uşağı vurub.Faktla bağlı Tərtər rayon prokurorluğundaaraşdırma aparılır.

Nə düşünürsən?