Hacıqabulda ev yandı

  • 22.08.2019
  • 0

Hacıqabul rayonunda fərdi yaşayış evi yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə avqustun 21-də günorta saatlarında qeydə alınıb. 

Evin otaqlarından birinə yığılmış yun bağlamasında başlayan yanğın qısa zamanda bütün evi əhatəsinə alıb. Nəticədə rayon sakini, Həsənov  Atamoğlan Yaqub oğluna məxsus birmərtəbəli, 3 otaq və aynabənddən ibarət olan ev, içindəki əşyalarla birlikdə yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Hacıqabul Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və iki yanğınsöndürən maşını cəlb olunub. Yanğın lokallaşdırılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. 

Hadisənin səbəbləri araşdırılır.

Nə düşünürsən?