Bakıda homoseksuallara siqaret vermədi, döyüldü

  • 22.08.2019
  • 0

Gürcüstan vətəndaşı Bakıda "qeyri-adi" qarətçilərin hücumuna məruz qalıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

1980-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Ömərov Mahmud Abbas oğlu avqustun 21-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinə müraciət edərək bildirib ki, avqustun 15-i saat 01:30-da Bakıxanov qəsəbəsi ərazisində evə qayıdarkən iki kişinin hücumuna məruz qalıb.

Naməlum şəxslər əvvəlcə M.Ömərovdan siqaret istəyiblər. Lakin Gürcüstan vətəndaşında siqaret olmadığına görə kişilərin xahişini yerinə yetirməyib.

Naməlum şəxslər imtinanı kobudluq kimi qəbul edib və Gürcüstan vətəndaşına hücum edərək onu döyüblər. Quldurlar sonra ondan 70 manat, mobil telefon götürərək cinayət yerindən qaçıblar. 13-cü şöbənin əməkdaşları aparılmış operativ-axtarış təbdirləri nəticəsində şübhəliləri saxlayıblar.

Saxlanılanlar qeyri-ənənəvi seksual oriyentasiyaya sahib 33 yaşlı Y.H. və 39 yaşlı Y.N. olub. Sonuncu daha əvvəl Cinayət Məcəlləsinin 243-cü maddəsi (Gəlir əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) üzrə mühakimə olunub.

Qeyd edək ki, Y.N. keçmişdə fahişəlik hesabına gəlir əldə etməklə məşğul olub. Polisdən qeyd ediblər ki, saxlanılanlar bu ərazidə çoxdan pis şöhrət qazanıblar, Daxili İşlər Nazirliyinin rayon bölməsində artıq onların əsassız şikayətlərinə baxmaqdan yorulublar.

Sözügedən şəxslər fahişəliklə məşğul olmaqda və başqasına böhtan atmaqda qeydə alınıblar. Hücum faktı ilə bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) üzrə cinayət işi qaldırılıb. Təhqiqat davam edir.

Nə düşünürsən?