Qəzaya uğrayan təyyarə pilotlarının son sözləri: Qara qutulardakı səslər

  • 22.08.2019
  • 0

Təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsi hesab olunur. Səma gəmilərinin qəzaya uğramaq ehtimalı digər nəqliyyat vasitələrindən qat-qat aşağıdır. Buna görə, ölüm halları da digər nəqliyyat vasitələrinə nisbətdə təyyarələrdə daha az baş verir. Ancaq digər nəqliyyat vasitələrindən fərqli olaraq təyyarələrdə kiçik səhvlər və problemlər faciəyə gətirib çıxarır.

Bu günlərdə Azərbaycanda belə bədbəxt hadisə baş verdi. Azərbaycan ordusuna məxsus MİQ29 hərbi təyyarəsi Xəzər dənizi üzərində təlim uçuşu həyata keçirərkən qəzaya uğradı. Təxminən 1 ay sonra təyyarənin qalıqları və pilot, polkovnik-leytinant Rəşad Atakişiyevin nəşi tapılaraq sudan çıxarıldı. Qəzanın səbəblərini araşdırmaq üçün Müdafiə Nazirliyinin laboratoriyasında təyyarənin qara qutusunu açıldı və məlum oldu ki, qəzaya səbəb havada yad cisimlə toqquşma olub.

Məsələnin aktuallığını nəzərə alaraq TED.az Sizə təyyarə qəzalarından bir neçə saniyə əvvəl baş verənləri - qara qutu qeydlərini təqdim edir: