Canlı yayımda olan müxbirə hücum oldu

  • 22.08.2019
  • 0

Jurnalist ona dəyən yumruq zərbəsindən yerə yıxıldı.

“Ölkə.Az”  xəbər verir ki, hadisə Meksikada baş verib.

Meksikada qadınlar polisi iki gənc qızın ölümündə günahkar bilərək etiraz aksiyaları keçirib. Telejurnalist hadisə yerindən canlı reportaj hazırlayarkən qadın aksiyaçıların təqibinə məruz qalır. Onlar jurnalistə açıq formada öz etirazlarını bildirirlər. Aksiyada qadınlarla yanaşı, kişi təxribatçı aksiya iştriakçıları da olub. Onlardan biri telejurnalistə sakitcə hücum edərək yumruqlamağa başlayıb.

Müxbir aldığı yumruq zərbəsindən yerə yıxılır. Müxbir aldığı zərbədən uzun müddət özünə gələ bilmir və ona tibbi yardım göstərilir. 

Kişi təxribatçının aqibətinə gəldikdə isə qadın aksiya iştirakçıları onun sifətinə gözyaşardıcı qaz püskürtməklə hadisə yerindən qovurlar.

Nə düşünürsən?