Tələbədən tibbi arayış tələbi

  • 22.08.2019
  • 0

Hər il dövlət imtahanlarından sonra poliklinikalarda sixliq musahide olunur.

Şagirdlərin hər biri müəyyən poliklinikalara üz tuturlar. Ona görə ki, hər il yeni tədris ili başlamamışdan öncə müəyyən tədris mərkəzləri qeydiyyatdan keçmək üçün vətəndaşlardan sağlamlıq haqqında arayış tələb edir.

Bu arayış nəyə lazımdır?

Məgər ki, bir şagirdin qanında virus aşkar olunursa, həmin şagird tələbə adını qazana bilməyəcək mi?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, xarici ölkələrin praktikasında təkcə tələbələrin deyil, hətta valideynlərində sağlamlıq haqqında arayışı tələb olunur.

Bu o deməkdir ki, Sağlamlıq haqqında arayışın böyük əhəmiyyəti var.

Kamran Əsədov həm də qeyd edib ki, əlbəttə yoluxucu xəstəlik daşıyıcısı şəxs təhsil ala bilməz. Onun üçün fərdi şəkildə dərs keçilməlidir və yaxudda vəziyyətə uyğun olaraq başqa tədbirlər görülməlidir. Hər bir gəncin sağlamlıq səviyyəsi öyrənilərsə təhsil aldığı müddətdə heç bir problem yaşanmaz.

Nə düşünürsən?