Günvurmadan necə qorunaq?

  • 21.08.2019
  • 0

Bu yay günvurma ilə bağlı 29 nəfər xəstəxanaya müraciət edib

Rahat yay istirahətinizi yersiz günvurma poza bilər. Günvurma başın açıq hissəsinə gün şüasının davamlı təsiri nəticəsində beyin işinin pozulmasıdır.

Bu mövsüm günvurmalarla bağlı təcili tibbi yardıma 29 müraciət daxil olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlardan 18 nəfəri hospitalizasiya edilib, 11 nəfərə yerində yardım göstərilib. Müraciət edənlərdən 12-si qadın, 14-ü kişi, 3-ü uşaq olub.

Səhiyyə Nazirliyindən o da bildirildi ki, bu il havaların sərin keçməsi ilə əlaqədar müraciətlərin sayı ötən illə müqayisədə azdır.

Günel Həmidovanın sözlərinə görə günvurmanın əlamətləri orqanizmdən asılı olaraq müxtəlif insanlara müxtəlif cür təsir edir, əsasən başağrısı, süstlük, qusma halları ilə 3 formada yüngül, orta və ağır formalarda müşahidə olunur.

Günvurmanın ağır formaları isə hətta insanın komaya düşməsi ilə nəticələnə bilər.

Günvurmadan qorunmaq üçün günəşli havada baş örtüyü olmadan gəzmək məsləhət görülmür, əsasən pambıq və kətandan olan geyimlər geyinilməlidir. Geyimlər də açıq rəngli materialdan olmalıdır ki, günəş şüasını az qəbul etsin.

Nə düşünürsən?