Gəlin üstündə kütləvi dava: 5 nəfər öldü,8 nəfər yaralandı

  • 21.08.2019
  • 0

Türkiyədə ailələr arasında baş vermiş kütləvi dava zamaı xeyli sayda insna ölüb.

Oxu24.com  haberler.com saytına istinadən xəbər  verir  ki, Diyarbəkirdə baş vermiş hadisə zamanı gəlin məsələsi səbəbindən 3 ailə arasında baş vermiş silahlı insident zamanı 5 nəfər ölüb,8 nəfər yaralanıb. Məlumata görə ölənlərdən biri qadındır.

Türkiyə mətbuatı hadisənin təfərrüatını açıqlayıb. Məlumatda qeyd olunur ki, Enver Tekin adlı şəxs Poyraz ailəsinə  ərə  verdiyi qızı Gülşən Poyrazı evinə qaytarıb.  Qarşı  tərəf gəlini geri qaytarmaq üçün Enver Tekinin evinə gəldiyi zaman tərəflər qızı geri verməkdən imtina edib. Bu zaman qohumlar arasında kütləvi dava düşüb. Davaya qonşuluqda yaşayan ailələr də qoşulub. Nəticədə silahlı atışmada 5 nəfər ölüb. Ölən şəxslərin 22 -23 yaşlarında gənclərin olduğu qeyd  olunur. Hadisə  yerindən  videonu  təqdim  edirik: