“Jara-2019”un kadrarxası görüntüləri yayımlandı

  • 21.08.2019
  • 0

Britaniyanın dünyaca məşhur “Tatler” jurnalının rusdilli versiyası Bakıda keçirilmiş “Jara-2019” Beynəlxalq Musiqi Festivalı haqda hazırladığı süjeti təqdim edib.

“Qafqazinfo”nun məlumatına görə, reportajda Emin Ağalarov, Qriqori Leps, Yuliya Baranovskaya, Lolita Milyavskaya və festivalın digər ulduz qonaqları “Tatler”in suallarını cavablandırıb. İzləyicilər təkcə “Jara-2019”un kadrarxası və ən rəngarəng məqamları ilə yox, həm də Emin Ağalarovun evində ən məşhur artistlərin və media nümayəndələrinin iştirakı ilə keçən “after-party”nin görüntüləri ilə tanış ola bilərlər. 

Xatırladaq ki, “Jara-2020” Beynəlxalq Musiqi Festivalı 30 iyul - 2 avqust 2020-ci il tarixlərində keçiriləcək.

Nə düşünürsən?