Prosineçki Şehiçlə İbrahimoviçi səhv saldı

  • 20.08.2019
  • 0

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransında maraqlı an yaşanıb.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçlə "Los-Anceles Qelaksi"də oynayan Zlatan İbrahimoviçi səhv salıb.

Millimizin keçmiş çalışdırıcısı Avro-2020-nin seçmə mərhələsində Lixtenşteyn və Ermənistanla oyunlar üçün heyəti açıqlayarkən hazırda "Ərzurumspor"da çıxış edən İbrahim Şehiçin əvəzinə İbrahimoviçin adını çəkib. Prosineçkinin bu ifadəsi gülüşlə qarşılanıb.

Nə düşünürsən?