Pilotumuzun meyiti Xəzərdən çıxarıldı

  • 20.08.2019
  • 0

Qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin (HHQ) MiQ-29 təyyarəsinin pilotunun meyiti tapılıb.


Pilotun qayınatası Qabil Hüseynli APA-ya bildirib ki, Rəşad Atakişiyevin meyitinin qalıqları tapılaraq sudan çıxarılıb.


Avqustun 21-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.


Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.


Qeyd edək ki, iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Nə düşünürsən?