Madriddə futbol tamaşası

  • 20.08.2019
  • 0

Futbol üzrə İspaniya La Liqasında 1-ci tura yekun vurulub. Son oyunda Atletiko Madriddə Xetafeni sınağa çəkib.

Oyuna daha fəal başlayan madridlilər hissənin ortalarında istəklərinə çatıblar. Alvaro Morata baş işlədib, 1-0.

Qalan vaxtda tərəflər kobud oyunla yadda qalıblar. Fasilə ərəfəsində ədalət təmsilçisi hər 2 komandanı azlıqda qoyub. Əvvəlcə qonaqların heyətində Xorxe Molina referinin qırmızı üzünü görüb. Ardınca isə meydan sahiblərində Renan Lodi 1 dəqiqə ərzində 2 dəfə hakimin qəzəbinə tuş gəlib.

İkinci hissənin startında Dieqo Simeonenin yetirmələri üstünlüyü artıra bilərdilər. Topu mərkəzdə ələ keçirən Joao Feliks rəqibin cərimə meydançasına kimi irəliləyib. Xetafelilər 19 yaşlı portuqaliyalı hücumçunun qarşısını yalnız kobudluqla ala biliblər. Amma 11 metrlik cərimə zərbəsini boşa verən Morata dubl etmək şansını qaçırdıb.

Nə düşünürsən?