"Telefonla şəkil çəkənlər lənətləniblər" -Azərbaycanlı ilahiyyatçıdan şok sözlər

  • 20.08.2019
  • 0

Azərbaycanlı ilahiyyatçı şok sözlərlə çıxış edib.


Sonxeber.az xəbər verir ki, o, çıxışı zamanı hədislərdən misal çəkərək telefonla şəkil çəkənlərin lənətləndiyini söyləyib.


"Peyğəmbər (s.a.v) surət çəkənləri lənətləyib. Allah şəkil çəkənlərə lənət eləsin. Şəkil çəkmək haramdır. Yəni, telefonla şəkil çəkənlər lənətləniblər", - deyə açıqlayıb.


İlahiyyatçının səsləndirdiyi fikirlər sosial şəbəkə istifadəçilərinin qəzəbinə və sərt tənqidlərinə səbəb olub.


Qeyd: Video sosial şəbəkələrdə yayımlanıb.


Həmin videonu təqdim edirik:

Nə düşünürsən?