Tərtərdə yeni məktəb tikiləcək

  • 20.08.2019
  • 0

Tərtər rayon Azadqaraqoyunlu kənd tam orta məktəbin binası acınacaqlı vəziyyətdədir.

Yeni tədris ilinin başlamasına 1 aydan az müddətin qalmasına baxmayaraq, “lələsi köçüb, yurdu qalan” bu məktəb bəlkə də tikildiyi gündən bəri 1 dəfə də olsun əsaslı təmir olunmayıb. Pəncərələri sınıb, damı uçub... 

1992-ci ildə Qarabağ müharibəsində şəhid olmuş Şükür Rəhimov adına tam orta məktəb, 50-55 müəllim və 275-ə yaxın şagird kollektivindən ibarətdir. Məktəbdəki bərbad vəziyyət davamiyyətə də ciddi təsir edir. Kənd sakinləri bildirir ki, payızda, qışda şagirdlərin çoxu xəstələnir, soyuqlayıb aylarla evdə yatırlar. 

Belə bir şəraitdə kəndin şagirdləri dərs keçmək, müəllimləri isə dərs demək məcburiyyətindədirlər. Bəs dərslərin başlanmasına sayılı günlər qaldığı bu ərəfədə rəsmilər nə düşünür?

TN-nin tikinti işlərinin təşkili və nəzarət şöbəsinin müdiri Sirac Əliyevin dediklərindən belə başa düşülür ki, Azadqaraqoyunlular hələ bu tədris ilini də o məktəbdə oxuyacaq. 

Belə...Şagirdlərin bu ilki gözləntiləri alınmadı. Ümid gələn payıza qaldı...

Nə düşünürsən?