Eskalatorda ani ehtiyatsızlıq görün nə ilə nəticələndi?

  • 19.08.2019
  • 0

Çində qız uşağının əlinin eskalatorda qalması dünya mətbuatına gündəm olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, hadisə ölkənin Hubey əyalətinin Hançuan şəhərində baş verib.

Videomüşahidə kamerasının çəkdiyi kadrlarda qızın anası ilə birlikdə eskalatorda necə qalxdığı görünür. Uşaq  hərəkətdə olan  eskalatorun məhəccərini ovcu ilə tutaraq sona qədər hərəkət edir. Həmin zaman əlini qaldırılmağı unudur. Mexanizm qızın əlini  özünə doğru sorur, qız döşəməyə düşür. Həyəcanla dolu ana isə onu geri çəkməyə çalışır. Xilasedicilər on dəqiqə ərzində uşağı azad edə bilirlər. Bütün bu müddətdə şahidlər onu sakitləşdirirlər. Zərərçəkən hadisədən bir neçə kəsik yarası ilə canını qurtara bilir.

Nə düşünürsən?