Qanlı derbi: 4 ölü, 10 yaralı

  • 19.08.2019
  • 0

Honduras çempionatında “Olimpiya” və “Motaqua” arasında keçirilən derbidə qanlı hadisə yaşanıb.

Qol.az xəbər verir ki, oyundan əvvəl bir qrup “Olimpiya” azarkeşi “Motaqua” futbolçularını daşıyan avtobusa daşla hücum edib. Hadisə nəticəsində 3 futbolçui yaralanıb. Hücumdan sonra oyun təxirə salınsa da, tribunalarda və stadiondan kənarda azarkeşlər arasında qarşıdırma davam edib.  Nəticədə 4 nəfər ölüb, ümumən isə 10 nəfər xəsarət alıb.

Təhlükəsizlik əməkdaşları gözyaşardıcı qazla azarkeşləri stadiondan uzaqlaşdıra biliblər.

Nə düşünürsən?