Britaniya qorxuya düşdü: Rusiya bu regionu işğal edir

  • 19.08.2019
  • 0

Rusiya muzdlular vasitəsilə Afrikanı öz təsir dairəsinə salır, ona görə də Britaniya regionda mövcudluğunu gücləndirməlidir.

Axar.az xəbər verir ki, bunu “Tayms”a müsahibəsində Britaniya ordusunun Baş Qərargah rəisi Nik Karter deyib.

“Afrika qitəsinə kiçik antiterror bölmələrinin göndərilməsi inkişafda olan ölkələrin “Vaqner” qrupuna yox, Qərbə yön almasına yardım edəcək. Afrikada Rusiyanın özəl hərbi şirkətinin mövcudluğu Britaniyanı narahat edir. Ona görə ki, Moskva bu bölgədə Britaniya ekspertlərinin hesablamalarından daha sürətli formada yerləşib. Rusiyalılar informasiya manipulyasiyasının ustasıdırlar. Onlar afrikalıları özlərinin Qərbdən daha yaxşı müttəfiq olmasına inandırmağa çalışırlar”, – deyə o bildirib.

Nə düşünürsən?