Qədim dillərdə danışan qeyri-adi azərbaycanlı parapsixoloq-bioenergetik Sədaqət Nəsib

  • 19.08.2019
  • 0

"9 il bundan əvvəl evdə oturmuşdum, televizordan güclü xışıltı gəldi. Elə bil ki, kimsə mənə "danış" dedi. Qəribə dillərdə danışmağa başladım. Ərəb, hind, türkmən dilində danışıram. Maraqlısı isə odur ki, qədim dillərdə danışıram. Bəzən özümün də anlamadığım 20-yə yaxın dildə söhbət edirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında parapsixoloq-bioenergetik Sədaqət Nəsib deyib. O bildirib ki, qeyri-adi istedad ona Tanrı tərəfindən verilib:

"Seyid nəslindənəm. Əlimdə qeyri-adi enerji var. Bu vergi mənə veriləndə həyat yoldaşıma dedim. Bu qeyri-adi bacarığımı insanlara çatdırmağa icazə vermədi. Dedi ki, ayıbdır, utanıram. Falçı, görücü, cadugər deyiləm. Bəxt bağlamıram, qara magiya ilə məşğul olmuram. Sadəcə, qədim dillərdə danışıram. Parapsixoloq kimi fəaliyyət göstərirəm. İnsanlardakı pis, mənfi auranı təmizləyir, onları müsbət ab-havaya kökləyirəm. Qədim dillərdə dualar oxuyuram."

Nə düşünürsən?