Şirvanda balkon uçdu - Xəsarət alanlar var

  • 19.08.2019
  • 0

Şirvan şəhərində yaşayış binalarından birində eyvan uçub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Nərimanov küçəsi 9, mənzil 19-da qeydə alınıb.

Dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.

Həmin vaxt eyvanda olan 1954-cü il təvəllüdlü Şirinova Lətifə Rəsul qızı uçqunun altında qalıb. Bina sakinləri qadını uçqunun altından çıxarıb.

Lətifə Şirinova ayağının açıq qəlpəli sınıq xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Hadisə zamanı xəsarət alanın qızı, 1983-cü il təvəllüdlü Şirinova Yeganə Əkbər qızı Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən xilas edilib.

Həmin sırada yerləşən binaların eyvanlarının yenidən qurulmasına qərar verilib.

Nə düşünürsən?