Bu da gəncəli Şaban

  • 18.08.2019
  • 0

Azərbaycanlı gənc Elşən Mirzəliyev "Şaban” ləqəbi ilə məşhurlaşan türk aktyoru Kemal Sunalı parodiya etməklə tanınır. Dost-tanışları ona "Gəncəli Şaban" deyirlər.

Xezerxeber.az-ın məlumatına görə, 22 yaşlı Gəncə sakini Elşən Mirzəliyev uşaq vaxtlarından Kemal Sunalın yaratdığı obrazları sevərək izləyib. Sonralar sevdiyi aktyoru yamsılamaq fikrinə düşüb.

Şabanın parodiyası onda ilk dəfədən uğurlu alınıb. Hətta personajın hərəkətləri, rəqsləri və oxuduğu mahnıları belə parodiya etməyə başlayıb. Bununla da ətrafdakıların maraq və rəğbətini qazanıb.

Elşən arada başqa şəxsləri də parodiya edir. Ancaq Şabanı yamsılamaq bir növ onun həyat tərzinə çevrilib. Sırf buna görə onunla görüşmək istəyənlər, oturduğu çay evinə gələnlər də də olur. Dostları marağını nəzərə alaraq onun üçün bir neçə vayn də çəkiblər.

Elşən Mirzəliyevin arzusu Şaban kimi aktyor olmaq, filmlərə çəkilməkdir.

Nə düşünürsən?