Şirvanda binanın eyvanı uçub, yaralanan var

  • 18.08.2019
  • 0

Bu gün Şirvan şəhəri, Nərimanov Nərimanov küçəsi 9 ünvanında yerləşən dördmərtəbəli binanın üçüncü mərtəbəsində eyvan uçub.

Xezerxeber.az-ın məlumatına görə, eyvanın üzərində olan 65 yaşlı Lətifə Şirinova uçqunun altında qalıb və o, sınıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır. Lətifə Şirinovanın qızı, 36 yaşlı Yeganə Şirinova isə Şirvan Şəhər Dövlət Yanğından Mühafizə hissəsi tərəfindən xilas edilib.

Nə düşünürsən?